Gürcüstanda keçmiş nazir müavini saxlanıldı

Gürcüstanın səhiyyə nazirinin keçmiş müavini İlya Quduşauri vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Milli.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətində keçirilən brifinqdə bildirilib.

İstintaqla müəyyən edilib ki, Quduşauri 2022-ci ildə təcili tibbi yardım maşınlarının alınması üzrə tenderi qanunsuz olaraq ləğv edib. 2023-cü ildə onun göstərişi ilə yeni tender elan edilib, şərtlər konkret şirkət üçün uyğunlaşdırılıb və bu səbəbdən digər şirkətlər tenderə qatıla bilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31