Vaşinqtonun ötkəm davranışı Avropa və Hindistanı yaxınlaşdırdı

Təxminən 20 illik danışıqlardan sonra Avropa İttifaqı və Hindistan sərbəst ticarət müqaviləsi barədə razılığa gəliblər.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, tərəflər arasında danışıqlar 2007-ci ildən bəri davam edir. Sənəd hazırda Avropa Parlamenti tərəfindən hüquqi baxış və təsdiq gözləyir, bundan sonra rəsmi olaraq imzalanacaq.

Müqavilənin şərtlərinə əsasən, Avropa ixracatının 97%-nə tariflər ləğv ediləcək və ya əhəmiyyətli dərəcədə azaldılacaq. Hindistan əhəmiyyətli güzəştlərə getməyə hazırdır: Avropa avtomobillərinə tariflər 110%-dən 10%-ə, şərablara isə 150%-dən 75%-ə endiriləcək. Zeytun yağı da daxil olmaqla bir sıra tariflərin tamamilə ləğv edilməsi planlaşdırılır.

Ticarət müqaviləsi ilə yanaşı, Aİ və Hindistan Yeni Delhidə təhlükəsizlik və müdafiə əməkdaşlığı haqqında ayrıca bir müqavilə imzalayırlar.

"Röyters"in məlumatına görə, hər iki tərəfdaş Vaşinqtonun gözlənilməz tarif siyasəti və ötkəm davranşı qarşısında iqtisadi əlaqələrini şaxələndirməyə çalışır. Amerika administrasiyası Aİ ilə Hindistan arasındakı bu yaxınlaşmanı mənfi qiymətləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31