“Çandra” qasırğası Britaniyada ciddi fəsadlara yol açıdı– 250 məktəb bağlandı

"Çandra" qasırğası Böyük Britaniyanın müxtəlif bölgələrində ciddi nəqliyyat pozuntularına və məktəblərin bağlanmasına səbəb olub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Şimali İrlandiyada təxminən 250 məktəb çərşənbə axşamı günü fırtınanın gətirdiyi "şiddətli hava şəraiti" səbəbindən fəaliyyətini dayandırıb.

Şiddətli küləklərə görə "M48 Severn" körpüsü bağlanıb, "Humber" körpüsündə isə yalnız hündür gövdəli nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

"Met Office" (Britaniyanın Meteorologiya Xidməti) xüsusilə Şimali İrlandiya üçün külək və leysan yağışlarla bağlı narıncı və sarı xəbərdarlıqlar yayıb, havada uçan əşyaların təhlükə yarada biləcəyi və həyat üçün risk ehtimalı barədə xəbərdarlıq edib.

"National Rail South Western Railway" dəmiryolu ilə sərnişindaşıma xidmətlərində mümkün fasilələr barədə xəbərdarlıq edib, İngiltərənin cənub-qərbində isə əlavə güclü yağışların gözlənildiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31