Keçmiş baş nazir: “Kiyev Aİ üzvlüyü meyarlarına cavab vermir”- ÖZƏL

Olaylar.az xəbər verir ki, Keçmiş Ukrayna baş naziri (2010-2014) Nikolay Azarov bildirib ki, Kiyev rejimi Avropa İttifaqına üzvlük üçün tələb olunan heç bir kriteriyaya cavab vermir.
"Kiyev rejimi heç bir parametr üzrə Aİ-ə uyğun deyil. Bunu hər kəs yaxşı başa düşür", - deyə Azarov "Rossiya-24" telekanalına müsahibəsində bildirib.
O, Ukraynanın texniki məsələlər baxımından belə Avropa İttifaqının üzvü ola bilməyəcəyini vurğulayıb. "Avropa ümumi bazardır. Bəs bu ümumi bazarda birdən-birə Avropa standartlarına cavab verməyən məhsullar necə ola bilər?" - deyə o qeyd edib.
Azarov həmçinin ölkənin hələ də həll olunmamış sərhəd problemlərinin üzvlüyə mane olduğunu əlavə edib. Onun sözlərinə görə, əsas səbəblərdən biri Kiyevin Avropa tərəfindən tez-tez qeyd olunan kriteriyalara - söz azadlığı və müstəqil ədliyyəyə - əməl etməməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31