Ağ Ev Ukrayna ilə bağlı "ərazi güzəşti" iddialarını təkzib edib – ÖZƏL
12:52 DünyaAğ Ev ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanəti vermək üçün Kiyevdən ərazi güzəştləri tələb etməsi barədə yayılan məlumatları rəsmən təkzib edib.
Olaylar.az xəbər verir ki, Ağ Ev nümayəndəsinin müavini Anna Kelli The Financial Times qəzetinə açıqlamasında bu iddiaların "tamamilə yalan" olduğunu bildirib. O qeyd edib ki, ABŞ-nin sülh prosesindəki yeganə rolu tərəfləri saziş üçün bir araya gətirməkdir.
Bundan əvvəl həmin qəzet (FT) 8 fərqli mənbəyə istinadən Donald Tramp administrasiyasının Ukraynaya şərt qoyduğunu iddia etmişdi. İddiaya görə, ABŞ-nin təhlükəsizlik zəmanəti verməsi üçün Kiyev, ilk növbədə, Donbasın Rusiyaya verilməsini nəzərdə tutan sülh müqaviləsinə razı olmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31