Kiyev Avropadan 85 milyon avroluq qaz qrantı almağı gözləyir- ÖZƏL
12:11 DünyaKiyev Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) vasitəsilə Avropa ölkələrindən birindən 85 milyon avro məbləğində qrant alaraq əlavə qaz almağı planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın Energetika naziri Denis Şmyqal özünün Telegram-kanalında məlumat verib.
Nazir bildirib: "Ukrayna üçün əlavə qaz həcminin alınması məqsədilə AYİB vasitəsilə 85 milyon avro məbləğində qrantın alınması üçün işlər artıq yekunlaşır". Hələlik qrantı hansı ölkənin təmin edəcəyi açıqlanmayıb.
Şmyqal eyni zamanda Ukraynanın enerji sistemindəki çətin vəziyyəti bir daha vurğulayıb. Qeyd olunur ki, Ukraynada qaz çatışmazlığı 2025-ci ilin yanvarın 1-dən etibarən Rusiya qazının Avropaya Ukrayna vasitəsilə tranzitinin dayandırılmasından sonra yaranıb. Kiyev "Qazprom"la sazişi yeniləməməklə tranziti dayandırdığından, ölkənin qaz tələbatı artıb və texniki qaz alınması üçün Avropadan baha qiymətə idxal etməyə məcbur olub.