Kyodo: Şimali Koreya bir neçə raket atdı- ÖZƏL
11:36 DünyaŞimali Koreya bu gün, yanvarın 27-si, bir neçə raket buraxıb. Olaylar.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, raketlər ehtimal ki, ballistik olub və Yaponiya dənizinə istiqamətlənib.
Yaponiyanın hökumət mənbələrindən bildirilib ki, raketlər artıq ölkənin istisna iqtisadi zonasının (EEZ) hüdudlarından kənara düşüb. Daha əvvəl Yaponiyanın Sahil Mühafizəsi Şimali Koreyanın raket buraxılışlarını təsdiqləyərək, bölgədə olan gəmiləri raket qalıqlarına yaxınlaşmamağa və aşkar etdikdə dərhal hakimiyyət orqanları ilə əlaqə saxlamağa çağırıb.
Yaponiyanın Müdafiə Nazirliyinin məlumatına görə, bu, Şimali Koreyanın 4 yanvar tarixindən sonra ilk raket buraxılışı və 2026-cı ildə ikinci buraxılışıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31