Kipr: "Aİ-nin genişlənməsi əsas prioritetimizdir" – ÖZƏL
11:05 DünyaAvropa İttifaqı (Aİ) Şurasına sədrlik edən Kiprin Avropa məsələləri üzrə nazir müavini Marilena Rauna, təşkilatın genişlənmə prosesinin hazırda həlledici mərhələdə olduğunu bəyan edib.
Olaylar.az xəbər verir ki, "Euroscope" nəşrinə müsahibə verən nazir müavini, bu prosesin həm Aİ, həm də namizəd ölkələr üçün qarşılıqlı öhdəlik daşıdığını vurğulayıb.
Rauna qeyd edib ki, Aİ-yə üzvlük yolunda irəliləyiş əldə etmək üçün tərəfdaş ölkələr konkret meyarlara cavab verməlidir: Hüququn aliliyi və demokratik standartların qorunması; Fundamental hüquq və azadlıqlara tam hörmət; İslahatlar gündəliyinin icrasında ardıcıllıq.
Kipr rəsmisi Gürcüstanın Avropa perspektivinə də toxunaraq bildirib ki, qonşu ölkənin bu yolda qalması çox vacibdir: "Biz eyni standartları Gürcüstandan da gözləyirik. Bu ölkənin Avropa perspektivini qoruyub saxlaması strateji əhəmiyyət kəsb edir."