Zelenski: "Donbas heç vaxt Rusiyaya verilməyəcək”
19:13 DünyaUkrayna Prezidenti Volodimir Zelenski bildirib ki, sülh müqaviləsi çərçivəsində Donbas əraziləri heç bir halda Rusiyaya verilməyəcək və kompromis yolu axtarılmalıdır.
Olaylar.az xəbər verir ki, Litvanın paytaxtı Vilnüsə səfəri zamanı keçirilən mətbuat konfransında o, vurğulayıb ki, Ukraynanın mövqeyi dəyişməzdir və ərazilərdən imtina olunmayacaq.
Zelenski əlavə edib ki, ABŞ tərəfindən Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri barədə sənəd artıq tam hazırdır. İndi təkcə imzalanma tarixi və yeri gözlənilir. Sənəd təsdiqləndikdən sonra ABŞ Konqresinə və Ukrayna parlamentinə təqdim ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31