Yaponiyada əlverişsiz hava şəraiti ilə əlaqədar azı 16 nəfər həlak olub

Yaponiyada güclü qar çovğununun fəsadları nəticəsində azı 16 nəfər həyatını itirib.

Olaylar.az bu haqda xarici KİV-ə istinadən xəbər verir.

Həlak olanlar arasında qar təmizləyərkən damdan yıxılanlar, eləcə də yolların və cığırların təmizlənməsi zamanı səhhəti pisləşən şəxslər var.

Ən çox ölüm hadisəsi Niiqata prefekturasında (11 nəfər) və Akita prefekturasında (4 nəfər) qeydə alınıb. Daha bir ölüm halı Yamaqata prefekturasında sənədləşdiirlib. Təkcə bu 3 prefekturada 120 nəfər yaralanıb.

Qar çovğunu ən çox Niiqata, Hokkaydo, Akita, Yamaqata və Simane bölgələrində əhalinin güzəranına və infrastruktura təsir göstərib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31