Günəşdə güclü partlayışlar gözlənilir

26-27 yanvar tarixlərində Günəşdə güclü alışmalar gözlənilir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

"26-27 yanvar tarixlərində günəşdə əsasən aşağı günəş aktivliyi gözlənilir, M sinfindən olan alışmaların baş verəcəyi mümkündür", -deyə institudan bildiriblər.

Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31