Qrenlandiya uğrunda mübarizə: Aİ və ABŞ-dən kritik addımlar – ÖZƏL
14:11 DünyaOlaylar.az xəbər verir ki, Avropa İttifaqı Qrenlandiyanın inkişafı üçün 500 milyon avroluq böyük investisiya paketi hazırlayır. Avropa komissarı Yozef Sikela bildirib ki, bu layihə adada bərpa olunan enerji, rabitə və strateji sənaye sahələrini əhatə edəcək.
Yanvarın 26-da Danimarka rəsmiləri ilə görüşəcək Sikela, bu addımın grenlandiyalıların öz gələcəklərini təyin etməsinə dəstək olacağını vurğulayıb.
Paralel olaraq, ABŞ Prezidenti Donald Tramp və NATO Baş katibi Mark Rutte arasında Qrenlandiya ilə bağlı razılaşmanın detalları bəlli olub. Plan çərçivəsində: Danimarkanın ada üzərindəki suverenliyi qorunur; 1951-ci il müdafiə müqaviləsi yenilənir; ABŞ-yə adada yeni hərbi bazalar və müdafiə zonaları yaratmaq imkanı verilir.
Beləliklə, həm Aİ, həm də ABŞ strateji əhəmiyyətli Qrenlandiyada öz mövqelərini gücləndirməyə çalışır.