Kobaxidze: “Vensin səfəri Zəngəzurla bağlıdır, Gürcüstan gözləmə mövqeyindədir” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin vitse-prezidenti Cey Di Vensin fevralda Cənubi Qafqaza gözlənilən səfərinin proqramına Gürcüstanın daxil edilməməsinə aydınlıq gətirib. Baş nazir bildirib ki, bu səfər konkret olaraq TRIPP marşrutuna və "Zəngəzur məsələsinə" həsr olunduğu üçün Vaşinqtonun ünvanı məhz Ermənistan və Azərbaycandır.

Jurnalistin Gürcüstanın regional tranzit roluna baxmayaraq niyə gündəmdən kənarda qalması ilə bağlı sualına Kobaxidze qısa olaraq "Buna onlar qərar verir" cavabını verib. O, ABŞ rəsmisinin məhz Bakı və İrəvana səfər etməsini "Zəngəzur layihəsi" kontekstində tamamilə təbii hesab etdiyini vurğulayıb.

Kobaxidze Gürcüstan-ABŞ münasibətlərinin hazırkı vəziyyətini "çox ağır" kimi xarakterizə edib və buna görə Bayden administrasiyasını ittiham edib: "Biz strateji tərəfdaşlığı "təmiz vərəqdən" və konkret yol xəritəsi ilə bərpa etməyə hazır olduğumuzu bəyan etmişik. Hazırda ABŞ administrasiyasının qərarını səbirlə gözləyirik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31