Lukaşenko: Süni intellektin inkişafına son dərəcə ehtiyatla yanaşmaq lazımdır- ÖZƏL 

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, süni intellektin inkişafı çox diqqətli və ölçülüb-biçilmiş şəkildə aparılmalıdır. Olaylar.az xəbər verir ki, o,  bu fikirləri gələcəyin peşələri üzrə istedadlı gənclərin hazırlanması üçün təhsil mərkəzinin yaradılmasına həsr olunmuş müşavirədə səsləndirib.
Onun sözlərinə görə, bir dəfə süni intellektlə təchiz olunmuş avtomobillə hərəkət edib və bu təcrübə onda suallar yaradıb. "Yolda xətlər varsa, kruiz-kontrolu qoşursan və avtomobil yolu oxuyur. Sükanı tutmadan da lazımi istiqamətdə gedir. Mən ciddi düşündüm: burada hansı süni intellektdən söhbət gedir? Bu sadəcə avtomatikadır. Əgər hansısa yeniliklərə atılırıqsa, bunu çox-çox ehtiyatla etməliyik", - deyə Lukaşenko bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31