Qarabağdakı ermənilərlə bağlı yeni əsassız iddia: "Dxyak" kompleksi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Qarabağdan olan ictimai fəal Tiqran Petrosyan öz "Facebook" səhifəsində bölgədə qalan sonuncu erməni qrupunun saxlanma şəraiti ilə bağlı kəskin iddialar irəli sürüb. 

O, son 4 ay ərzində həmin şəxslərin guya "Dxyak" kompleksində "həbsxana şəraitində" saxlanıldığını bildirib.

Petrosyanın sözlərinə görə, guya   həmin şəxslərin sərbəst hərəkətinə qadağa qoyulub və onlar faktiki olaraq "dustaq" statusunda saxlanılıblar. Fəal iddia edir ki, guya   bu şəxslər ərazidən çıxarılan zaman onlara hara aparıldıqları barədə məlumat verilməyib, yalnız Həkəri körpüsündə müvafiq sənədlər imzalatdırılaraq Ermənistan tərəfinə təhvil veriliblər.

Petrosyan baş verənləri "etnik təmizləmənin son akkordu" adlandırıb və Ermənistan hakimiyyətinin "sülh" naminə tarixin saxtalaşdırılmasına şərait yaratdığını iddia edərək bunu qəbulolunmaz adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31