Sülh Şurasının ali nümayəndəsi İsrailə gedir
11:40 DünyaABŞ prezidenti Donald Trampın Sülh Şurasının Qəzza zolağı üzrə ali nümayəndəsi Nikolay Mladenov (Bolqarıstan) bu gün İsrailə səfər etməyi planlaşıdırır.
Musavat.com xəbər verir ki, məlumatı "Axios" müxbiri Barak Ravid Amerika mənbələrinə istinadən yayıb.
Bildirilir ki, Mladenov Fələstin anklavı ilə Misir arasındakı sərhəddə yerləşən Rəfah keçid məntəqəsinin açılması ilə bağlı İsrail rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırır. Mənbələrə görə, keçid məntəqəsinin açılması ilə bağlı qərar yaxın günlərdə verilə bilər. Mladenov həmçinin Qəzza zolağındakı vəziyyəti həll etmək planının həyata keçirilməsi ilə bağlı bir sıra digər məsələləri də müzakirə etməyi planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31