Nyu-Yorkda bərə xidməti qar fırtınası səbəbindən fəaliyyətini dayandırıb
10:55 DünyaNyu-York şəhərində bərə xidməti metropolisdəki qar fırtınası səbəbindən fəaliyyətini dayandırıb.
"Report"un məlumatına görə, bu barədə Nyu-York meri Zöhran Mamdani "X" sosial media səhifəsində yazıb.
"Nyu-York şəhər bərələri qar fırtınası səbəbindən fəaliyyətini dayandırır", - paylaşımda deyilir.
Bununla yanaşı, Mamdani qeyd edib ki, Nyu-Yorkun aqlomerasiyası ərazisinin bir hissəsi olan və faktiki olaraq onu meqapolisin digər dairələri ilə birləşdirən yeganə nəqliyyat arteriyası olan Steyten Aylend adasında bərə xidməti davam edəcək.
Şəhər rəsmiləri həmçinin bazar ertəsi günü Nyu-York məktəblərində əyani dərslərin ləğv ediləcəyini və məktəblərin məsafədən fəaliyyət göstərəcəyini açıqlayıblar. Metropoliten ərazisi üzrə on istilik məntəqəsi də açılıb.
"NBC News" telekanalının məlumatına görə, Nyu-York şəhərində təxminən 30 sm qar gözlənilir.