"Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir" – ÖZƏL

Ukrayna Prezidenti Volodimir Zelenski Vilnüsə səfəri çərçivəsində Litvanın xarici işlər naziri Kyastutis Budrisə dövlət mükafatı - "Xidmətlərə görə" ordenini təqdim edib.

Olaylar.az xəbər verir ki, təltifetmə mərasimindən sonra nazir Budris Ukrayna tərəfindən bu cür yüksək qiymətləndirilməsinin onun üçün böyük şərəf olduğunu bildirib. Budris qeyd edib ki, Rusiya terroruna qarşı qəhrəmancasına müqavimət göstərən Ukraynanın yanında Litva hər zaman ən güclü müttəfiqlərdən biri olub və olmaqda davam edir.

Litvalı nazir vurğulayıb ki, təcavüzkar tərəf dayandırılana və məğlubiyyətə uğradılana qədər Litvanın dəstək missiyası bitməyəcək.

Çıxışında "Ukraynanın təhlükəsizliyi - Avropanın təhlükəsizliyidir" şüarını xatırladan Budris, bu mübarizənin bütün qitə üçün taleyüklü olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31