Hindistanda gil karxanasının çökməsi nəticəsində üç nəfər öldü

Hindistanın Madhya Pradeş əyalətinin Sinqrauli rayonunda gil karxanasının çökməsi nəticəsində üç nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.

Trend-in Hindistan KİV-lərinə istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən təxminən 70 kilometr məsafədə, Jiavan polis bölməsinin tabeliyində olan Kundvar postunun Parsohar kəndində baş verib.

Çökmə gil çıxarılması zamanı baş verib və beş nəfər dağıntılar altında qalıb. Hadisə yerinə cəlb olunan xilasedicilər yalnız iki nəfəri xilas edə biliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31