İranda biznesmenlərə də qadağa qoyuldu: 20 dəqiqə...
18:31 Dünyaİranda hakimiyyət biznesmenlərə internetdən gündə cəmi 20 dəqiqə istifadə etməyə icazə verir.
Musavat.com bildirir ki, bu barədə İran-Çin Ticarət Palatasının rəhbəri Məcid Rza Həriri məlumat verib.
Onun sözlərinə görə, həmin müddət ərzində biznesmenlər internetdən hökumətin nəzarəti altında istifadə edirlər:
"Tacirlər internetə çıxış üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Bundan sonra onlara nəzarətçinin müşahidəsi altında cəmi 20 dəqiqəlik internet istifadəsinə icazə verilir. Bu, tamamilə qəbuledilməzdir. Bu vaxt kifayət etmir".
İranda etiraz aksiyaları fonunda artıq üç həftədən çoxdur ki, internetə çıxış hakimiyyət tərəfindən tamamilə bloklanıb. Rəsmi KİV-lər internetin şənbə günü bərpa ediləcəyini bildirsələr də, bu baş verməyib. Beynəlxalq hüquq-müdafiə təşkilatları iddia edirlər ki, İran hakimiyyəti ölkədə baş verən qətllərlə bağlı məlumatların yayılmasının qarşısını almaq üçün interneti söndürüb. Digər iddialara görə isə İran hökuməti internetə çıxış üçün "ağ siyahı" yaradıb, yəni yalnız hakimiyyətin icazə verdiyi saytlar əlçatandır.
"Radio Farda" qeyd edir ki, internetin kəsilməsi ölkədəki biznesmenlərə milyonlarla dollar ziyan vurub, həmçinin İranda inflyasiya daha da artıb.