İranda 9 nəfər edam edildi: aralarında qadın da var

Bu gün səhər saatlarında İranın müxtəlif şəhərlərində yerləşən həbsxanalarda 9 məhbus edam edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, edam edilənlər arasında əvvəllər narkotiklə bağlı cinayətlər və qətl ittihamları ilə ölüm cəzasına məhkum edilmiş bir qadın da var.

Hökmün Ərak, Nouşəhr, Bəndər Abbas, Təbriz, Qəzvin, Ərdəbil, Qum, Semnan və Borucerd həbsxanalarında icra olunduğu qeyd edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31