İndoneziyada torpaq sürüşməsi qurbanlarının sayı 16-ya yüksəldi
17:43 Dünyaİndoneziyanın Qərbi Yava əyalətində baş verən torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.
Trend "Xinhua" agentliyinə istinadən xəbər verir ki, meyitlər Qərbi Bandunq bölgəsinin Çisarua ərazisində aşkar edilib. Tapılan 16 meyitdən yalnız yeddisinin şəxsiyyəti müəyyən olunub. Qalan qurbanların kimliyi DNT testləri vasitəsilə dəqiqləşdirilir, şəxsiyyəti hələ müəyyən edilməyən meyitlər isə müvəqqəti olaraq yerli xəstəxanada saxlanılır.
Xatırladaq ki, bundan əvvəl İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi (NSA) dağıntılar altında qaldığı ehtimal edilən təxminən 80 nəfərin axtarışı üçün 250 nəfərə yaxın şəxsi heyəti əraziyə cəlb etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31