Pakistanda qar və leysan yağışları beş nəfərin ölümünə səbəb oldu
17:39 DünyaPakistanın iki şimal vilayətində - Gilgit-Baltistan və Bəlucistanda qar və leysan yağışları nəticəsində beş nəfər həlak olub.
Bu barədə yerli "Dawn" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Gilgit-Baltistanda güclü qar yağışından sonra Diamerdəki müşahidə qülləsi evin üzərinə çökərək dörd nəfərin ölümünə səbəb olub.
Bəlucistanda isə Job şəhərində leysan yağışı nəticəsində damın uçması bir uşağın həyatına son qoyub, iki nəfər xəsarət alıb. Bundan əlavə, altıdan çox insan buzlanma səbəbindən baş verən qəzalardan sonra xəstəxanaya yerləşdirilib.
Pakistan Meteorologiya Departamenti ölkənin bəzi bölgələrində yağış və qaryağışının davam edəcəyini proqnozlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31