ABŞ ordusu Venesuelada gizli silahdan istifadə edib - Tramp
21:26 DünyaABŞ qoşunları Venesuelada keçirilən əməliyyat zamanı gizli silahlardan istifadə edib.
Bu barədə D.Tramp "New York Post" qəzetinə verdiyi müsahibədə deyib.
Nəşr bildirib ki, ABŞ prezidenti təsviri olaraq "the discombobulator" adlandırdığı və Azərbaycan dilinə "çaşdırıcı" kimi tərcümə edilə bilən silah haqqında "danışmağa icazə verilmədiyini" bildirib.
"Onlar raketləri havaya qaldıra bilmədilər. Onların Rusiya və Çin raketləri var idi və onlar havaya qalxmadı. Biz içəri girdik, düymələri basdılar, amma heç nə işləmədi", - deyə D.Tramp qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31