Tehran etirazların xarici təşkilatçılarını axtarır

İrandakı etirazlar xarici kəşfiyyat orqanlarının dəstəyi ilə həyata keçirilən bir əməliyyat idi və Tehran onların iştirakının miqyasını araşdırır.

Musavat.com xəbər verir ki, İranın yüksək vəzifəli rəsmisi Nyu-Yorkda jurnalistlərə belə deyib:

"Bu, xaricdən dəstəklənən kəşfiyyat əməliyyatı idi. Mossadla (İsrail kəşfiyyat xidməti - red.) birbaşa əlaqəli onlarla insan saxlanılıb. Biz digər xarici kəşfiyyat orqanlarının iştirakını araşdırırıq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31