Ukrayna ilə bağlı yeni danışıqlar raundu gələn həftə baş tuta bilər

Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların yeni mərhələsi gələn həftə Əbu-Dabidə keçirilə bilər.

Bu barədə "Axios" qəzetinin jurnalisti Barak Ravid Ukrayna rəsmiləri arasında olan mənbələrə istinadən "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, üçtərəfli danışıqlar "müsbət və konstruktiv" olub.

Jurnalist bildirib ki, BƏƏ-nin paytaxtında növbəti danışıqlar "gələn həftə keçiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31