Əbu-Dabidə tarixi dönüş: Ukrayna müharibəsinin bitmə planı ilk dəfə açıqlandı

"Görüşlərin əsas məqsədi sülh prosesinin mexanizmlərinin razılaşdırılması, təhlükəsizlik zəmanətlərinin müəyyənləşdirilməsi və gələcək addımların koordinasiyası olub".

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski danışıqların yekunları ilə bağlı açıqlama yayıb.

Zelenski ABŞ-nin müharibənin bitirilməsi prosesinə nəzarət və monitorinq mexanizmlərində fəal rol almasının vacibliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, bütün tərəflər danışıqların hər bir aspekti barədə öz paytaxtlarında hesabat vermək və liderlərlə növbəti addımları razılaşdırmaq barədə razılığa gəliblər.

Ukrayna prezidenti bildirib ki, hərbi nümayəndə heyətləri qarşıdakı görüş üçün əsas müzakirə mövzularının siyahısını artıq müəyyənləşdiriblər. Zelenskinin sözlərinə görə, əgər proses irəliləməyə hazır olarsa - ki, Ukrayna buna tam hazırdır - növbəti görüşlər keçiriləcək və ehtimal olunur ki, bu danışıqlar artıq gələn həftə baş tuta bilər.

Qeyd edək ki, Əbu-Dabidə baş tutan üçtərəfli görüşlər Rusiya-Ukrayna müharibəsinin diplomatik yollarla nizamlanması istiqamətində son dövrlərin ən ciddi təşəbbüslərindən biri kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31