Ukraynanın gələcəyi ilə bağlı SENSASİON PLAN: 2040-cı ilə qədər...

ABŞ və Avropa İttifaqı Ukraynanın müharibədən sonrakı bərpası üçün dövlət və özəl sektordan ümumilikdə 800 milyard dollara qədər maliyyələşdirmə toplamağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Politico" əldə edib.

Plan 2040-cı ilə qədər 10 illik bərpa strategiyasını, Aİ-yə sürətlə inteqrasiya prosesini və 100 günlük başlanğıc mərhələsini əhatə edir.

Sənəd ABŞ tərəfindən dəstəklənən 20 maddəlik daha geniş sülh planının tərkib hissəsi olaraq hazırlanıb. Həmin plan Ukraynanın təhlükəsizlik zəmanətlərinə malik olduğunu nəzərə alır və ölkənin fövqəladə yardım mərhələsindən uzunmüddətli iqtisadi müstəqilliyə keçidinə fokuslanır.

Sənəddə, Trampın müharibə zamanı Ukraynaya hərbi və humanitar yardımı azaltdığı vurğulansa da, ABŞ-ın müharibədən sonra ölkəyə investisiya yatırmağa hazır olduğu göstərilir.

Vaşinqton plan çərçivəsində kritik mineral layihələri, infrastruktur, enerji və texnologiya sahələrinə maliyyə ayırmağı nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31