BMT İranı rabitə və internetə çıxışı bərpa etməyə çağırıb- ÖZƏL 

Olaylar.az xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk İran hakimiyyətini ölkə daxilində rabitə və internetə çıxışı bərpa etməyə çağırıb.
"İran tarixində ən uzun müddət davam edən bu bağlanma informasiya və kommunikasiyaya çıxışı ciddi şəkildə məhdudlaşdırıb. İranlılar bir-biri ilə və ya ölkə xaricindəki insanlarla ünsiyyət qura bilmir və ətraflarında nə baş verdiyini öyrənə bilmirlər", - deyə o, BMT İnsan Hüquqları Şurasının İslam Respublikasındakı vəziyyətə həsr olunmuş xüsusi sessiyasında bildirib.
Türkün sözlərinə görə, İran hakimiyyəti əvvəlcə etirazlara "dialoq çağırışları və artan qiymətlərin təsirini azaltmaq üçün dövlət subsidiyalarının ikiqat artırılmasını elan etməklə" cavab verib. Lakin komissar daha sonra iddia edib ki, Tehran "etirazçıları terrorçu, dövlətin düşməni və xarici agent adlandıraraq onları nüfuzdan salmağa" çalışıb. Onun sözlərinə görə, iğtişaşlar "minlərlə insanın" ölümünə səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31