Filat: Moldovalılar Sandu və partiyasının siyasəti ucbatından qaza 0,5 milyard dollar artıq pul ödəyiblər- ÖZƏL

Prezident Maya Sandu və onun hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) yürütdüyü siyasət nəticəsində moldovalılar son üç ildə qaza təxminən 520 milyon dollar artıq pul ödəyiblər. Olaylar.az xəbər verir ki, bunu Avropayönlü Liberal Demokrat Partiyasının lideri, keçmiş baş nazir Vladimir Filat bildirib.
Filat özünün Telegram kanalında yazıb: "2023-2025-ci illərdə istehlakçılar şübhəli satınalmalar, şəffaflığın olmaması və əsassız əlavə ödənişlər səbəbindən təxminən 520 milyon dollar əlavə xərc çəkiblər. Dövlət alış qiymətini gizlətdikdə, istehlakçılar müdafiədən məhrum olurlar. Şəffaflığın olmaması normaya çevrildikdə, sui-istifadə qaçılmazdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31