Aİ Trampın yaratdığı “Sülh Şurası”nın nizamnaməsinə şübhə ilə yanaşır – ÖZƏL

Avropa İttifaqı ölkələrinin liderləri ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan "Sülh Şurası"nın nizamnaməsinin bəzi müddəaları ilə bağlı "ciddi şübhələr" ifadə ediblər. 

Olaylar.az xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antoniu Koşta Aİ-nin rəsmi saytına açıqlamasında bildirib.

Koştanın sözlərinə görə, təşkilatın fəaliyyət dairəsi, idarəetmə mexanizmi və sənədin BMT Nizamnaməsinə uyğunluğu ilə bağlı bəzi məqamlar suallar doğurur.

Bununla belə, o vurğulayıb ki, Avropa İttifaqı ABŞ və "Sülh Şurası" ilə Qəzza sektorunda sülh planının həyata keçirilməsi üçün əməkdaşlığa hazırdır.

Qeyd edək ki, "Sülh Şurası"nın nizamnaməsinin imzalanma mərasimi yanvarın 22-də İsveçrənin Davos şəhərində baş tutub. Sənədi 18 ölkənin nümayəndələri, o cümlədən ABŞ, Argentina, Türkiyə, Qazaxıstan, Monqolustan, Qətər, Kosovo, Macarıstan, Ermənistan, Özbəkistan, Paraqvay, Azərbaycan, İordaniya, Səudiyyə Ərəbistanı, Bolqarıstan, BƏƏ, Pakistan və İndoneziya dəstəkləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31