Fransa hökumətinin gələcək aqibətinə aydınlıq gəldi - Parlamentdə etimadsızlıq səsverməsi keçirilib

Fransa parlamentində gün ərzində ikinci dəfə baş nazir Sebastyan Lekornünün hökumətinə qarşı irəli sürülmüş etimadsızlıq qətnaməsi qəbul olunmayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu Fransanın nazirlər kabinetini istefaya göndərmək üçün ardıcıl altıncı cəhd idi.

Lekornü və onun hökumətinə qarşı etimadsızlıq səsverməsi "Fətholunmaz Fransa" və "Milli Birlik" partiyalarının təşəbbüsü ilə keçirilib. Buna səbəb hökumətin 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsini parlamentdən yan keçməklə qəbul etmək üçün ölkə konstitusiyasının 49.3-cü maddəsinin verdiyi hüquqdan istifadə etməsi olub.

İkinci etmiadzlıq votumu üzrə keçirilən səsvermədə onun lehinə 142 deputat səs verib, halbuki qəbul üçün 288 səs tələb olunurdu.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Sebastyan Lekornünün hökumətinə qarşı etimadsızlıq votumunun qəbul ediləcəyi təqdirdə parlamenti dərhal buraxacağını bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31