"Ermənistan məğlubiyyəti qələbə kimi qələmə verir" – Samvel Karapetyandan sərt ittiham – ÖZƏL
13:42 DünyaOlaylar.az xəbər verir ki, tanınmış iş adamı Samvel Karapetyan Stokholm Arbitraj Məhkəməsinin qərarı ilə bağlı Ermənistan hökumətini kəskin tənqid edib.
Karapetyan bildirib ki, hökumət bu məsələdəki məğlubiyyətini 44 günlük müharibə dövrünün "artsrunvari" (yalançı təbliğat) üslubunda qələbə kimi təqdim etməyə çalışır.
İş adamı vurğulayıb ki, məhkəmə Ermənistan hökumətinin "Ermənistan Elektrik Şəbəkələri" (EEŞ) şirkətinə qarşı hər hansı addım atmasını qadağan edən qərarını bir daha qüvvədə saxlayıb. Karapetyan kabinetdən qanunlara tabe olmağı və şirkətə qarşı təzyiqləri qeyd-şərtsiz dayandırmağı tələb edib.
Yaxın vaxtlarda beynəlxalq vəkil qrupunun məsələ ilə bağlı daha geniş hüquqi izahat verəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31