İranda etirazlar qurbanlarının sayı 4 900-ü keçdi – hüquq müdafiəçiləri

İranda iqtisadi səbəblərdən başlayan etiraz aksiyaları nəticəsində ölənlərin sayı 4 902 nəfərə çatıb, bunların arasında 197 hüquq-mühafizə orqanlarının əməkdaşı da var.

Musavat.com xəbər verir ki, "Human Rights Activist News Agency" (HRANA) xəbər agentliyinin məlumatına görə, qarışıqlıq zamanı 26 541 nəfər saxlanılıb. ABŞ-ın Virciniya ştatında yerləşən HRANA agentliyi bir gün əvvəl İranda etirazlar zamanı 4 519 nəfərin həyatını itirdiyini xəbər vermişdi.

Qeyd edək ki, etiraz aksiyaları 2025-ci il dekabrın 28-də Tehran şəhərindəki tarixi "Grand-bazar"da başlayıb və ölkə üzrə sürətlə yayılıb. Mütəxəssislər vəziyyəti "ən geniş miqyaslı sosial etiraz dalğası" kimi qiymətləndirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31