BƏƏ-də əsas müzakirə mövzusu ərazi məsələsi olacaq - Zelenski

Birləşmiş Ərəb Əmirliklərində Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlarda ərazi məsələsi müzakirə oluna bilər.

Musavat.com xəbər verir ki, bunu Davos şəhərində keçirilən mətbuat konfransında Ukrayna prezidenti Vladimir Zelenski deyib: "Üçtərəfli görüşdə bəlkə də hər kəs öz variantını təklif edəcək. Hər şey torpaqla bağlıdır; bu məsələ hələ həll olunmayıb".

O, daha əvvəl qeyd etmişdi ki, ABŞ 23-24 yanvar tarixlərində BƏƏ-də ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında üçtərəfli texniki səviyyəli görüş keçirməyi planlaşdırır. ABŞ-ı danışıqlarda təmsil edən Stiv Vitkoff həmçinin Ukrayna münaqişəsinin həlli üzrə işçi qruplarının yaxın günlərdə Əbu-Dabidə görüşəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31