Paşinyanın partiyasında narazılıq artır: Hakim fraksiyada növbəti qalmaqal
19:49 DünyaErmənistan parlamentinin səhiyyə məsələləri üzrə daimi komissiyasının sabiq sədri, hakim "Vətəndaş Müqaviləsi" partiyasından deputat Unanyan qərar qəbul edib və biz bu qərara hörmət edirik.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə hakim partiyanın parlament fraksiyasının katibi Artur Ovannisyan danışıb.
Qeyd edək ki, Ununyanın vəzifədən getməsi növbəti qalmaqal fonunda baş verib. Unanyan parlamentdə çıxışı zamanı "Ermənistana təkcə əsgərlər deyil, həm də başlar lazımdır" deyib. Bu bəyanat cəmiyyətdə ciddi rezonans doğurub, narazılıq və qəzəbə səbəb olub. İnternet istifadəçiləri deputatı Ermənistan hərbi qulluqçularını təhqir etməkdə ittiham ediblər. Bundan sonra Unanyan işlətdiyi ifadələrə görə üzr istəyib.
Qeyd edək ki, Unanyan daha əvvəl də bir neçə dəfə qalmaqalların mərkəzində olub. Onun təyinatı özü də geniş müzakirələrə səbəb olmuşdu. Belə ki, deputat vaxtilə hər hansı vəzifəni tutmaq üçün ali təhsilin vacib olmadığını (özü tibb bacısı kimi çalışıb) bildirmişdi