Ankarada qəzaya uğrayan Liviya təyyarəsi ilə bağlı ilkin hesabat açıqlandı
18:50 DünyaAnkarada qəzaya uğrayan Liviya təyyarəsi ilə bağlı ilkin hesabat açıqlanıb.
İlkin araşdırma göstərib ki, təyyarə qəzadan 14 gün əvvəl texniki baxışdan keçib. Esenboğa Hava Limanından havaya qalxan təyyarə saat 20:33-də elektrik nasazlığı səbəbindən təcili eniş üçün müraciət edib. Təyyarə 20:36-da radardan itib.
Hesabatda qeyd olunub ki, təyyarə 1252 metr yüksəklikdəki təpəyə çırpılıb, mühərrikləri işlək olub və yüksək sürətlə toqquşub. Toqquşmanın gücündən təyyarə partlayıb, qalıqlar isə təxminən 150 min kvadratmetr əraziyə səpələnib.
Təyyarə yerə düşdükdən sonra qısa müddətli parıltı müşahidə olunsa da, yanğın izləri tapılmayıb.Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31