Rüşvət ittihamı ilə hərbi komissarlığın şöbə rəisi həbs edildi
18:48 DünyaArmavir şəhərində hərbi komissarlığın bölmələrindən birinin rəhbəri rüşvət ittihamı ilə saxlanılıb.
Bu barədə Ermənistan Antikorrupsiya Komitəsi məlumat verib.
Məlumata görə, cinayət işi təkcə həmin şəxs barəsində deyil, daha üç nəfərə qarşı da başlanıb. İstintaqın ilkin versiyasına əsasən, söhbət vətəndaşların hərbi təlim-məşqlərdən azad edilməsi müqabilində rüşvət alınmasından gedir.
Hazırda istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxslərin mümkün əlaqələri və epizodların sayı araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31