İran nüvə proqramını davam etdirərsə, ABŞ ona qarşı güc tətbiq edəcək - Tramp
08:03 DünyaTehran nüvə proqramını davam etdirərsə, ABŞ yenidən İrana qarşı hərbi güc tətbiq etməyə hazır olacaq.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "CNBC" televiziya şirkətinə müsahibəsində bildirib.
"[ABŞ-nin] İrana hücumu... Bunu etsələr, bu, yenidən baş verəcək. Nüvə [inkişafını] dayandırmalıdırlar. Onlar nüvə [proqramları] ilə bağlı təcrübələrə davam edirlər", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31