Qrenlandiya mümkün böhrana hazırlıqla bağlı təlimatlar verib

Qrenlandiya hökuməti (Naalakkersuisut) ölkə sakinləri üçün "Böhrana Hazır Olun - Beş Günə Hazır Olun" adlı broşür buraxıb.

Bu barədə Qrenlandiya Nazirlər Kabinetinin saytında bildirilib.

Məlumata əsasən, nəşrdə ada ev təsərrüfatlarının potensial böhrana necə hazırlaşa biləcəyinə dair bir sıra sadə və praktik məsləhətlər yer alıb.

Təlimatlar üzərində işlərə 2025-ci ildə elektrik kəsintilərindən sonra başlanılıb. "Tövsiyələr ictimai təhlükəsizliyin yaxşılaşdırılması və bütövlükdə cəmiyyətin daha yaxşı hazırlığını təmin etmək üçün hazırlanmışdır", - deyə qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31