Litvin: Zelenski Kiyevdədir - ÖZƏL

Kiyev rejimi rəhbərinin müşaviri Dmitri Litvin Vladimir Zelenskinin Kiyevdə olduğunu bildirib.

Olaylar xəbər verir ki, bu barədə "STRANA.ua" nəşri məlumat yayıb.

Zelenski daha əvvəl  Davos forumuna qatılmayacağını bildirmişdi.

Yanvarın 21-də Davosda çıxışı zamanı Amerika lideri Donald Tramp   Kiyev rejiminin rəhbəri ilə görüşmək niyyətində olduğunu bildirib.

Daha sonra "Axios" nəşri Ukrayna mənbəsinə istinadən bildirib ki, Vladimir Zelenski yenə də ABŞ prezidenti ilə görüşmək üçün Davosa gedəcək.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31