Bloomberg: İsveçin pensiya fondu ABŞ istiqrazlarının bir hissəsini satıb - ÖZƏL
19:02 Dünyaİsveçin Alecta pensiya fondu ABŞ hökumət istiqrazlarının əksəriyyətini satıb. Fondun baş investisiya direktoru Pablo Bernenqo bu qərarı ABŞ siyasətinin proqnozlaşdırıla bilməsinin azalması ilə əlaqələndirib.
"Aktiv satışları payımızın böyük hissəsini təşkil edir... Bu, ABŞ siyasətinin proqnozlaşdırıla bilməsinin azalması, böyük büdcə kəsiri və artan dövlət borcu ilə əlaqədardır", - deyə Olaylar onun sözlərini sitat gətirir .
2025-ci ilin əvvəlində Alecta fondunun ABŞ istiqraz portfelinin dəyəri təxminən 11 milyard dollar olaraq qiymətləndirilirdi.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31