Ermənistan kilsəsində parçalanma: "Üsyançı" yepiskoplar Ali Məclisi boykot edir – ÖZƏL
14:02 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanda hökumətyönlü yepiskoplar qrupu fevralın 16-19-da Avstriyada keçirilməsi planlaşdırılan Erməni Apostol Kilsəsinin (EAK) Ali Şurasının ləğv edilməsinə çağırıb.
Baş nazir Nikol Paşinyanı dəstəkləyən yepiskoplar yayımladıqları bəyanatda bu toplantını "avantiüra" adlandırıb və digər din xadimlərini iştirakdan imtina etməyə səsləyiblər. Onlar kilsə rəhbərliyini (Eçmiədzin) təkbaşına idarəetmədə, islahatlardan qaçmaqda və dövlətlə qarşıdurma yaratmaqda ittiham edirlər.
Hökumətlə kilsə arasında gərginlik fonunda artıq dörd yüksək rütbəli din xadimi (arxiyepiskoplar Baqrat Qalstanyan, Mikael Adjapaxyan, yepiskop Mkrıtıç Proşyan və Arşak Xaçatryan) həbs edilib. Kilsəyə dəstək verən xeyriyyəçi Samvel Karapetyan da saxlanılanlar arasındadır.
Üsyançı yepiskoplar Katolikos II Qaregini intriqalarda və siyasi müdaxilədə günahlandıraraq onun könüllü istefasını tələb edirlər.
2026-cı il yanvarın 4-də baş nazir Paşinyan kilsə daxilindəki həmin 10 yepiskopla kilsənin "yenidən qurulması" üçün xüsusi "yol xəritəsi" imzalayıb.
Hazırda Ermənistan dövləti ilə kilsə rəhbərliyi arasındakı qarşıdurma kilsə daxilindəki ciddi parçalanma ilə yeni mərhələyə qədəm qoyub.