Zaxarova: "Belçika Baş nazirinin sözləri Avropanın dəhşət qışqırığıdır" – ÖZƏL
13:31 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Belçikanın Baş naziri Bart de Veverin Avropanın ABŞ-dən asılılığı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Belçika hökumətinin rəhbəri Bart de Vever Avropa İttifaqının Vaşinqtondan asılılığını şərh edərkən maraqlı müqayisə aparıb. O qeyd edib ki, "xoşbəxt vassal" olmaq başqa şeydir, "bədbəxt qul" olmaq isə tamamilə fərqli bir vəziyyətdir.
Mariya Zaxarova bu bəyanatı "Sputnik" radiosunun efirində belə şərh edib: "Bu, Avropa reallığının faciəvi etirafıdır. Belçika Baş nazirinin dedikləri əslində kömək istəyi deyil, özlərini çatdırdıqları vəziyyətdən doğan bir dəhşət qışqırığıdır".
Zaxarovanın fikrincə, bu cür etiraflar Qərbi Avropanın mövcud problemləri dərk etməsində və daxili müqavimətin formalaşmasında mühüm rol oynaya bilər.
Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov da Aİ və NATO-nun dərin böhran içində olduğunu bəyan etmişdi.