ABŞ Müdafiə Naziri Minnesota ştatında kilsə ayinini pozanları həbs edəcəyinə söz verib- ÖZƏL
13:22 DünyaABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem Minnesota ştatında keçirilən kilsə ayinini pozan və burada miqrantları dəstəkləmək üçün mitinq keçirən solçu fəallara qarşı həbslərin olacağını açıqlayıb.
Olaylar.az xəbər verir ki, Noem X sosial şəbəkəsində yazıb: "Həbslər olacaq. Bu həftəsonu miqrasiya polisi əleyhinə çıxan və qanunsuz miqrantları müdafiə edən kütlə kilsəyə hücum etdi. ABŞ Konstitusiyasının Birinci Düzəlişi azad söz və sülhsevər toplaşma hüququnu qoruyur, amma üsyanları yox. Bu agitatorlar məsuliyyətə cəlb ediləcək".
O əlavə edib ki, ABŞ hakimiyyəti dini mərasimləri pozan və qanunu pozan şəxslərə qarşı qətiyyətlə tədbir görəcək.
Hadisə Minneapolis-St. Paul bölgəsində federal miqrasiya agentlikləri ilə yerli icmalar arasında gərginlik fonunda baş verib və həm dini icmalar, həm də vətəndaş hüquqları müdafiəçiləri tərəfindən diqqətlə izlənilir.