Kilsəyə qarşı kampaniya nazirləri "mömin" etdi: Ermənistan hökumətində gərginlik – ÖZƏL
12:16 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın "İravunk" qəzeti ölkədə kilsəyə qarşı güclənən kampaniyanın hökumət üzvləri və qubernatorlar arasında ciddi narazılığa səbəb olduğunu yazır.
Nəşrin hakimiyyətə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, nazirlər və onların müavinləri öz aralarında mövcud vəziyyətdən giley-güzar edirlər. Xəbərdə qeyd olunur ki, kilsə ilə yaranan qarşıdurma fonunda rəsmi şəxslər kütləvi şəkildə ibadətə üz tutublar.
Mənbələr hökumət üzvlərinin bu ironik ifadələrini tirajlayıb: "O, bizi mömin etdi. Hər bazar günü bütün işlərimizi kənara qoyub, bir kilsədən digərinə qaçmağa məcbur qalırıq."
Məlumata görə, kilsə əleyhinə aparılan təbliğatın təzyiqi hökumət daxilindəki narahatlığı artırır və rəsmiləri nümayişkaranə şəkildə dini ayinlərə qatılmağa sövq edir.
Lamiyə Cəbrayılova