Trampın təyyarəsində nasazlıq - Təcili geri qayıtmalı oldu

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən Davos İqtisadi Forumuna getmək üçün mindiyi Air Force One təyyarəsində uçuşdan az sonra kiçik elektrik nasazlığı yaranıb. Təhlükəsizlik məqsədilə təyyarə Merilend ştatına geri qayıdıb.

Milli.Az xəbər verir ki, Ağ Ev rəsmilərinin bildirdiyinə görə, nasazlıq cüzi olub, lakin ehtiyat tədbiri olaraq uçuş dayandırılıb.

Donald Trampın Davosa başqa bir təyyarə ilə yola çıxacağı açıqlanıb. Uçuş proqramındakı dəyişiklik səbəbindən Trampın Dünya İqtisadi Forumu çərçivəsində planlaşdırılan çıxışının ertələnə biləcəyi bildirilir.

Qeyd edək ki, Tramp uçuşdan əvvəl jurnalistlərə "Bu maraqlı bir səfər olacaq, nə olacağını bilmirəm" demişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31