Aİ qoşunlarının Qrenlandiyaya göndərilməsinin əsas məqsədi ABŞ-ı çəkindirmək olub- ÖZƏL 

Avropa İttifaqına üzv olan bir sıra ölkələrin bu ay Qrenlandiyaya simvolik xarakter daşıyan qoşun yerləşdirməsinin əsas məqsədi ABŞ-ı çəkindirmək olub. Olaylar.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) qəzetinin mənbələrə istinadən yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, Danimarka, Fransa və digər Avropa ölkələri bu addımla Vaşinqtona açıq mesaj verməyə çalışıb. Məqsəd ABŞ-ın Qrenlandiyaya mümkün hərbi müdaxiləsi halında Aİ üçün yarana biləcək siyasi və hərbi xərclərin artacağını nümayiş etdirməkdir.
Lakin rəsmi açıqlamalarda Avropa paytaxtları qoşunların göndərilməsini Rusiya və Çinlə bağlı təhlükələrə qarşı yönəlmiş hərbi təlimlər kimi təqdim ediblər. ABŞ-a qarşı güc nümayişi niyyəti isə rəsmi səviyyədə açıq şəkildə ifadə olunmayıb.
WSJ yazır ki, qeyri-rəsmi mənbələr Avropa ölkələrinin bu addımı ilə geosiyasi balansda ABŞ-ın manevr imkanlarını məhdudlaşdırmaq istədiyini bildirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31