Suriya rəhbərliyi və YPG Həsəkə ilə bağlı razılığa gəldi
20 Yanvar 22:14 DünyaSuriya hökuməti ilə terror təşkilatı PKK/YPG-nin Suriya qolu olan SDG arasında Həsəkə vilayətinin gələcəyi barədə razılaşma əldə olunub. Razılaşma bu gün saat 20:00-dan etibarən qüvvəyə minib.
Milli.Az xəbər verir ki, Suriya Rəyasət Heyətinin açıqlamasına görə, Həsəkə və Qamışlı şəhər mərkəzləri ilə bağlı mühüm qərarlar qəbul edilib:
Suriya ordu birlikləri Həsəkə və Qamışlı şəhər mərkəzlərinə daxil olmayacaq, şəhərin kənar xətlərində mövqe tutacaq.
SDG rəhbərliyinə mülki və hərbi qurumların dövlət strukturuna birləşdirilməsi üçün 4 günlük məsləhətləşmə müddəti tanınıb.
Razılaşmanın ən diqqətçəkən bəndlərindən biri kadr islahatları ilə bağlıdır. SDG rəhbəri Mazlum Abdi Suriya Müdafiə Nazirinin müavini postu üçün namizəd təklif edəcək.
Bundan əlavə, Həsəkə Valiliyi, Xalq Məclisində təmsilçilik və digər dövlət qurumlarında işləyəcək personalın siyahısı da SDG tərəfindən təqdim olunacaq.
SDG-yə bağlı bütün silahlı ünsürlərin Suriya Müdafiə və Daxili İşlər Nazirliklərinin strukturuna daxil edilməsi qərara alınıb.
Kürd kəndlərinə ordu girməyəcək; təhlükəsizliyi həmin bölgənin yerli əhalisindən ibarət asayiş qüvvələri təmin edəcək.
Suriya Prezidenti Əhməd Əş-Şaranın imzaladığı 13 nömrəli fərmanla kürd vətəndaşların dil, mədəniyyət və vətəndaşlıq hüquqları dövlət təminatına götürülür.
Razılaşmaya baxmayaraq, bəzi bölgələrdə gərginlik davam edir:
Fərat çayı üzərindəki Karakozak körpüsü ətrafında hərbi hərəkətlilik var. Silahlı qruplar ordunun körpüdən keçidinə mane olmağa çalışır.
Şiddətli döyüşlərdən sonra Suriya ordusu bu strateji qəsəbəyə daxil olub və tam nəzarəti təmin etməyə çalışır.