“Prezident İlham Əliyevin fikirlərinə nə isə əlavə etmək çətindir” - Ermənistan prezidenti

"Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə nə isə əlavə etmək çətindir. Mən sadəcə təkrar etməyə məcburam".

Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında çıxışı zamanı bildirib.

"Bəli, Azərbaycan Prezidentinin dedikləri ilə mənim fikirlərim üst-üstə düşür. Orta dəhliz marşrutu reallaşdıqca və Cənubi Qafqazın yeni logistika imkanları artdıqca regionumuz Avropa və Asiya ölkələri üçün daha mühüm əhəmiyyat daşımağa başlayır. Azərbaycan uzun illərdir ki, tranzit imkanlarını genişləndirir. Ümid edirik ki, Ermənistan da Azərbaycanın bu tranzit imkanlarından yararlanacaq", - deyə Xaçaturyan qeyd edib./Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31